Modern.az

Ermənistan hökuməti Kərki kəndini ərazi klasterindən ÇIXARDI

Ermənistan hökuməti Kərki kəndini ərazi klasterindən ÇIXARDI

Dünya

9 Sentyabr 2021, 17:39

Ermənistan hökuməti dünən keçirilən iclasında kənd icmalarının birləşdirilməsi proqramını qəbul edib.

 

Modern.az xəbər verir ki, Azərbaycanın işğal altındakı Kərki kəndi təsdiqlənmiş ərazi klasterlərindən heç birinin tərkibinə daxil olunmayıb.

 

Kərkini əhatə edən kənd icmalarının hamısı Ararat vilayətinin eyniadlı klasterinə daxil edilib.

 

Belə ki, Ararat şəhəri, Ararat, Arazdəyən, Avşar, Armaş, Zanqakatun, Lancar, Noyakert, Paruyr Sevak, Surevanav, Vardaşat və Urçalanc kəndləri vahid icmada birləşəcək.

 

Erməni mediası bu yaşayış məntəqələrinin əhatəsində yerləşən Kərki kəndinin klasterə salınmamasını onun yaxın zamanlarda Azərbaycana qaytarılması ilə bağlı yayılan xəbərlərin təsdiqi kimi qəbul edir.

 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyadakı miqrantlara xəbərdarlıq - Qadağan olunur!