Modern.az

Merkel feminist olduğunu etiraf etdi

Merkel feminist olduğunu etiraf etdi

9 Sentyabr 2021, 22:12

Almaniya kansleri Angela Merkel ilk dəfə feminist olduğunu etiraf edib.

 

Modern.az xəbər verir ki, bu barədə DW agentliyi yazıb.

 

“Bu gün tam əminliklə təsdiq edə bilərəm ki, mən feministəm. O zaman (2017-ci il sammitini nəzərdə tutur - red.) bunu açıq bildirməkdən bir qədər utandım. Bu gün isə düşündükdən sonra deyə bilərəm ki, hamı feminist olmalıdır”, - deyə Merkel qeyd edib.

 

Söhbət ictimai həyatda qadın və kişi bərabərliyindən gedirsə, o, özünü əminliklə feminist adlandıra bilər.

 

Qeyd edək ki, Merkel 2017-ci ildə keçirilən G20 sammitində feminist olmadığını bildirmişdi.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Hərbi gəmilər döyüşə hazır vəziyyətə gətirildi