Modern.az

Rusiya və Belarus vahid neft bazarı yaradır

Rusiya və Belarus vahid neft bazarı yaradır

9 Sentyabr 2021, 23:50

Moskva və Minsk 2023-cü ilin dekabrına qədər vahid qaz bazarı haqqında müqavilə imzalayacaq.

 

Modern.az xəbər verir ki, bu barədə “RİA Novosti” agentliyi məlumat yayıb.

 

Rusiya və Belarus prezidentləri Vladimir Putin ilə Aleksandr Lukaşenko İttifaq Dövləti üçün 28 proqramın hamısını razılaşdırıb.

 

Putinin sözlərinə görə, sənədlər valyuta sistemlərinin inteqrasiyası, dolayı vergilərin alınma prinsipləri və terrorizmlə mübarizə ilə bağlıdır.

 

Putin, həmçinin bildirib ki, 2022-ci ildə Belarus üçün Rusiya qazının qiyməti 2021-ci il səviyyəsində qalacaq (min kubmetrə 128,5 dollar). Tərəflər neft və neft məhsulları bazarlarının birləşdirilməsini, eyni zamanda vahid elektrik bazarı haqqında razılaşmanı təmin ediblər.

 

Akif İsmayılov

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Əli Kərimli və Sevinc Osmanqızının vəziyyəti pisləşib:Komaya düşüblər