Keniyalı cadugər ABŞ prezidenti Barak Obamanın seçkilərdə qalib gələcəyini deyib. Modern.az “Assoşeyted Press”ə istinadən bildirir ki, Obamanın atasının kəndində yaşayan 105 yaşlı cadugər balıqqulağı və heyvan sümükləri ilə fala baxdıqdan sonra ağ balıqqulağını göstərərək “Obama irəli atıldı. O qalib gələcək” deyib.
ABŞ-da prezident seçkiləri bu gün keçirilir.
Modern.az