Modern.az

Rusiyanın xarici işlər naziri haqda bir neçə "xoş" söz...

Rusiyanın xarici işlər naziri haqda bir neçə

Analitika

9 Sentyabr 2021, 23:57

Sergey Lavrov özünü diplomat kimi apara  bilmir.  Adətən, bu peşənin sahibləri dözümlü, təmkinli olurlar,  içlərindəkiləri açıb süfrəyə düzmürlər. Oxuduqlarımdan, gördüklərimdən gəldiyim nəticə belədir. Mənsub olduğu dövlətin xarici siyasətini dünyada təmsil edən şəxs vəziyyətdən asılı olmayaraq istənilən görüş və danışıqlarda, mətbuat nümayəndələri ilə söhbətlərdə, lap vəzifədən kənar vəziyyətlərdə belə diplomat şərəfini uca tutmalıdır.

 

Simasından tutmuş, yerişinə, hərəkətinə, geyiminə qədər diqqəti cəlb etməlidir.

 

Bir sözlə, hər yerdə yüksək davranışı ilə nümunə olmalıdır. 

 

Rusiyanın xarici işlər nazirində bu keyfiyyətləri görə bilmirəm. Dövlət tədbirlərində, xarici səfərlərdə, bəyanat və nitqlərində cənab Lavrov XİN-dən daha çox hansısa jandermeriya idarəsinin rəisi təəssüratını bağışlayır. Onun mətbuat konfranslarını, verdiyi açıqlamalarını izləyən birisi kimi şahidi olduğum bir həqiqəti də seyr etmişəm. Jurnalistlər onunla ehtiyatlı davranırlar. Xoşuna gəlməyən sual müəllifləri ilə kobud davranmaq, ictimaiyyətin gözü qarşısında onları aşağılamaq xüsusiyyətləri təkcə Lavrovun xarekterindən irəli gəlmir. Bununla o, həm də hegemon dövlətin xarici siyasət idarəsinin rəhbəri olduğunu diqqətə çatdırır. Qısası, Lavrov bu vəzifəni "bacarıqla" yerinə yetirir. Hətta cəzalandırdığı jurnalistlər də olub. Biri də bizim payımıza düşüb. Səhv etmirəmsə, "Lider" televiziyasının Moskva müxbirinin verdiyi sualda hansısa fikir Rusiya xarici işlər nazirinin xoşuna gəlməmiş və o, jurnalistin kitabını bağlatdırmışdı.


Nəhayət, ermənipərəst mövqeyi ilə həmişə diqqət mərkəzində dayanan Lavrovdan  ədalətli mövqe, əsl diplomat siması gözləmək əbəsdir.

Rus vodkası artıq onun başını xarab edib...

 

Eldar SABİROĞLU

  

Whatsapp
Bizə yazın!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır