Modern.az

“TikTok” məhkəməyə verildi: 6 milyard avroluq iddia

“TikTok” məhkəməyə verildi: 6 milyard avroluq iddia

Dünya

10 Sentyabr 2021, 00:51

Niderlandın “Stichting Massaschade & Consument” fondu “TikTok” sosial şəbəkə platformasını məhkəməyə verib.

 

Modern.az xəbər verir ki, fond platformanın informasiya təhlükəsizliyini pozduğunu iddia edir.

 

Fond 4.5 milyon “TikTok” üzvü adından Amsterdam Məhkəməsinə müraciət edib. Sosial şəbəkənin 6 milyard avro təzminat ödəməsi tələb edilir.

 

Qeyd edilib ki, məhkəmə tərəfindən iş üzrə ilkin baxış 6 oktyabr tarixində aparılacaq.

 

Açıqlamada “TikTok”un məlumatları düzgün işlətmədiyi, reklam məzmununda düzgün davranmadığı, zərərli məzmuna qarşı lazımi qoruma təmin etmədiyi və istifadəçilərin şəxsi məlumatlarını Çin və ABŞ kimi ölkələrə satdığı bildirilib.

 

Xatırladaq ki, bundan əvvəl 2021-ci ildə “TikTok” iki dəfə məhkəməyə verilib. Digər iki iddian fərqli olaraq, “Massaschade & Consument” fondunun işi Niderlandda böyüklər də daxil olmaqla bütün “TikTok” istifadəçilərini əhatə edir.

 

Akif İsmayılov

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyadakı miqrantlara xəbərdarlıq - Qadağan olunur!