Modern.az

Dəhşətli mənzərə: 4 yaşlı qızını 590 dollara satır

Dəhşətli mənzərə: 4 yaşlı qızını 590 dollara satır

10 Sentyabr 2021, 08:39

Əfqanıstan vətəndaşı Mir Nazir yeddi nəfərlik ailəsini aclıqdan xilas etmək üçün övladını satışa çıxarıb.

 

Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, səfalət içində yaşayan ata çıxış yolunu 4 yaşlı qızı Safiyəni satmaqda görür. O, övladını 590 dollara satmaq məcburiyyətində qaldığını bildirib.

 

Məlumata görə, Safiyəni satın almaq üçün bir neçə nəfər Nazirə müraciət edib. Lakin qiymətdə razılığa gələ bilməyiblər.

 

Qeyd edilib ki, Mir Nazir keçmiş polis əməkdaşıdır. O, ailəsi ilə birlikdə paytaxt Kabildə yaşayır.

Whatsapp
Bizə yazın!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır