28 Sentyabr 2021, Çərşənbə axşamı
Arxiv
10 Sentyabr 2021, 12:09 | DİASPOR
Niderlanddakı diaspor fəalı: “Hər yerdə erməniləri susdururuq” - MÜSAHİBƏ

“Qarabağın hər guşəsində olmaq, oranı qarış-qarış gəzmək istərdim”

 

“Niderland kişisi evdə yemək hazırlamağı sevir” 

 

Niderland-Belçika koordinasiya şurasının əlaqələndiricilərindən biri, diaspor fəalı İlkanə Yusifova xaricdəki fəaliyyəti ilə bağlı Modern.az-a müsahibə verib:

 

- Uzun müddətdir ki, ölkə xaricində yaşayırsınız. İşləriniz necə gedir? Azərbaycan həqiqətlərini Avropada tanıtmaq üçün hansı işləri həyata keçirirsiniz?

 

- Artıq 2000-ci ildən təməlli olaraq Avropada yaşayıram. 2006-ci ilin sonundan isə Hollandiyada yaşayır və fəaliyyət göstərirəm. Fəliyyət göstərdiyim hər bir  ölkədə Azərbaycan haqqında məlumat vermək, regionda Azərbaycanın üzləşdiyi probləmləri ictimaiyyətə çatdırmağı özümə vəzifə bilmişəm. 

 

Azərbaycanda yığdığım təcrübələri avropalı əməkdaşlarımızla bölüşmüşəm.  Son illər isə xüsusilə 44 günlük Vətən müharibəsi zamanı həqiqətləri Niderland ictimaiyyətinin müxtəlif təbəqələrinə çatdırmışıq. Bu işdə həyat yoldaşım da mənə yardımçı olurdu.

 

Həyat yoldaşım Niderland vətandaşıdır, burada doğulub, böyüyüb. Müharibə zamanı Azərbaycan həqiqətlərini çatdırmaq üçün həmişə yanımda olub, imza toplanmasında da fəal iştirak edib. Eləcə də bizim icmanın üzvüdür. Müharibə dövründə dəmir yumruq kimi birləşmişdik.

 

- Bəs, Avropada hansı çətinliklərlə üzləşirsiniz? Bu barədə fikirlərinizi bilmək istərdik...

 

- Təəsüflər olsun ki, Niderland ermənipərəst ölkədir. Bu da ermənilərin öncədən lobbiçiliklə məşğul olmasından və bir neçə nəsil keçməsindən irəli gəlir. Yəni onların Niderland cəmiyyətinə inteqrasiyası daha əvvəldən başlayıb.  Azərbaycan icması isə Avrovada, eləcə də Niderlandda yenidir. Buna görə də biz bir neçə addım geridəyik, haqq səsimizi çatdırmaq çətin olub. Amma  sevindirici haldır ki, artıq Niderlanda ikinci nəsil formalaşır və biz bu nəsildə öz yerimizi tutmağa başlamışıq. 

 

Başqa bir çətinlik xarici dildə məlumatların və əyani materialların az olmasıdır.  Biz bunun üzərində işləməyə başlamışıq. Digər problemimiz isə icma arasında yaranan pərakəndəlik halları idi. Artıq bu məsələlər də öz həllini tapmaqdadır. İlk növbədə qeyd etməliyik ki, dövlətimiz və Diaspor Komitəsi bizə dəstək verir. 

 

Əvvəllər burada bəzi hallarda media ilə iş zamanı problemlə üzləşirdik. Çünki Niderland cəmiyyəti Azərbaycan həqiqətənləri haqqında az məlumatlıdır. Buna görə də bizim üzərimizə böyük işlər düşür.

 

- Təmsil etdiyiniz ölkədə Azərbaycanı necə tanıyırlar? Azərbaycanla bağlı fikirləri nədən ibarətdir?

 

- Əvvəllər çox çətin idi. Lakin son illər görülən işlər, idman və beynəlxalq yarışlar sayəsində ölkəmizi yaxından tanımağa başlayıblar. Eləcə də müharibə zamanı erməni lobbisinin Azərbaycanın əleyhinə çıxışlar etməsinə baxmayaraq, insanlar ölkəmizlə maraqlanmağa, məlumatlar əldə etməyə çalışırdılar.

 

Niderlanddan olan dostum mənə şəxsən bildirdi ki, onlar Azərbaycana necə yardım edə bilərlər. Məsələnin belə ciddi olduğunu bilmirdilər.

 

- Dediyiniz kimi, Niderlandda erməni lobbisi aktiv fəaliyyət göstərir. Bəs oradakı azərbaycanlıların fəaliyyəti nədən ibarətdir? Erməni təxribatlarına, onların ölkəmizə qarşı apardıqları kampaniyalara qarşı hansı işlər görülür?

 

- Əlbəttə, biz icmanın bacarıqları çərçivəsində müəyyən işlər görürürk. Müharibə dövründə  daha da birləşmişdik. Biz burada təbliğatlarımızı gücləndirmişik. Televiziya, radio, və qəzetlərdə çıxışlar etməyə başlamışıq. Lazım olanda izdihamlı mitinqlərə çıxırıq. Hər yerdə haqq səsimizi qaldırıb, ermənilər susdururuq.

 

-Ümumiyyətlə, Avropadakı azərbaycanlılar daha çox hansı sahələrdə çalışırlar?

 

- Avropada yaşayan azərbaycanlılar müxtəlif təbəqələrdə yer tuturlar. Məsələn, aramızda həkimlər, vəkillər, universitet müəllimləri,iqtisadçılar, idmançılar  və digər sahələrin təmsilçiləri var.

 

Bundan əlavə, elmi işlərlə məşğul olan alimlərimiz və tələbələrimiz də var ki, onların icmanın gələcək inkşafına öz töhfələrini verəcəklərinə inanıram.

         

- Bəs, Azərbaycan və Avropa arasında hansı oxşar və fərqli cəhətlər var?

 

- Niderland xalqı çox dəqiq və intizamlıdır. Onlar düşündüklərini danışırlar və çox liberaldırlar. Bəzən fərqli və kobud görsənə bilərlər. Bir Niderland kişisi axşam işdən evə erkən dönüb, ailəsinə yemək hazırlamağı çox sevir. Əvvəl ailə işləri cütlüklər arasında razılaşdırılır və bütün işlər bərabər görülür. Cütlüklər bir yerdə özlərini xoşbəxt hiss etmirlərsə, liberal şəkildə ayrılıb, dost qalırlar.

 

Burada yağışlı hava şəraitinə baxmayaraq, insanlar yürüşə çıxmağı, velosiped sürməyi sevirlər. Geri döndükdən sonra bütün ailə oturub, çay içir, stolüstü oyunlar oynayırlar.

 

- Azərbaycan üçün darıxırsınızmı?

 

- Əlbəttə, ölkəm üçün darıxıram. Mən özüm Qarabağda anadan olmuşam,  Qarabağın hər guşəsində olmaq, oranı qarış-qarış gəzmək istərdim. Ailəmlə bərabər Azərbaycanın hər bir bölgəsini gəzmişik. Lakin son bir ildə pandemiya səbəbindən Azərbaycana gələ bilmədik.

 

Ümid edirəm ki, gələn yay arzumu gerçəkləşdirəcəm. Biz ölkəmizi çox sevirik və Azərbaycan dövlətçiliyinin qorunub saxlanılması üçün əlimizdə gələni etməyə hazırıq.

  

 - Bildiyiniz ki, Vətən Müharibəsində qazandığımız tarixi Zəfərin ildönümünə 2 aydan az vaxt qalıb. Zəfərin bir illiyini ölkə xaricində necə qeyd edəcəksiniz? Bununla bağlı hazırlıqlar görülürmü?

 

- Bəli, bununla bağlı layihələrimiz var. 27 sentyabrda şəhidlərimizin anım gününü, eyni zamanda, noyabrın 8-də Zəfər gününü qeyd etməyə hazırlaşırıq. Layihələr üzərində işləyirik, tamamlandıqdan sonra ictimaiyyətə açıqlayacağıq.

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Şuşa məğlubiyyətinə görə 150 nəfərə ittiham İRƏLİ SÜRÜLÜB 28 Sentyabr 2021, 11:40 Kəlbəcər və Qubadlıda prokurorluq binalarının AÇILIŞI-FOTO 28 Sentyabr 2021, 11:34 Senat Türkiyəni yeni sanksiyalarla HƏDƏLƏDİ 28 Sentyabr 2021, 11:31 TÜRKPA-ya sədrlik Azərbaycandan Qazaxıstana keçdi 28 Sentyabr 2021, 11:28 General: “Düşmən ən çox itkini həmin döyüşlərdə verdi” 28 Sentyabr 2021, 11:25 İranda Vətən müharibəsi şəhidləri anılıb - FOTO 28 Sentyabr 2021, 11:24 Spiker: "Azərbaycan parlamenti TÜRKPA-nın inkişafına xüsusi diqqət ayırıb" 28 Sentyabr 2021, 11:23 Sülhməramlılar Qarabağda dronları havaya qaldırdı 28 Sentyabr 2021, 11:21 “Azəriqaz”ın baş direktorundan istehlakçılara MÜRACİƏT 28 Sentyabr 2021, 11:19 “Şəhidlər və itkinlər xalqımızın seçilmiş övladlarıdır” 28 Sentyabr 2021, 11:17 İctimai TV bu gündən daha bir ilkə imza atdı 28 Sentyabr 2021, 11:14 Qalib sərkərdənin müraciəti: müdriklik və ədalət, inam və cəsarət 28 Sentyabr 2021, 11:08 Qazaxıstanda Nizami Gəncəvi ilə bağlı təqdimat olub 28 Sentyabr 2021, 11:06 Nazirlik kadr potensialını gücləndirir - FOTOLAR 28 Sentyabr 2021, 11:03 Daha bir vaksin maxinasiyası - 6 nəfərə cinayət işi açıldı 28 Sentyabr 2021, 11:00 Protezlə təmin edilən qazilərin SAYI 28 Sentyabr 2021, 10:56 “Yaddaş” kitabı və Memorial.az saytı TƏQDİM OLUNDU 28 Sentyabr 2021, 10:53 Koronavirusun qeydə alınmadığı 5 ÖLKƏ 28 Sentyabr 2021, 10:52 Vilayət Eyvazova ağır itki üz verib 28 Sentyabr 2021, 10:49 Binalarda liftlərin ehtiyat hissələrini oğurlayan dəstə saxlanıldı - VİDEO 28 Sentyabr 2021, 10:44 Dilənçi qadın evdən oğurluq etdi 28 Sentyabr 2021, 10:39 Bakı-Sumqayıt yolunda sıxlıq var 28 Sentyabr 2021, 10:35 Elnur Əşrəfoğlunun anası Birinci vitse-prezidentdən KÖMƏK İSTƏDİ 28 Sentyabr 2021, 10:31 Tovuzda 9 yaşlı məktəblini avtomobil vurub  28 Sentyabr 2021, 10:26 Tanışına 5 bıçaq vurub TƏSLİM OLDU 28 Sentyabr 2021, 10:22 İraqlı nazir Bakı Ali Neft Məktəbində - FOTO 28 Sentyabr 2021, 10:17 Məşhur müğənni insan alverində təqsirləndirilir 28 Sentyabr 2021, 10:13 25 günün qəza statistikası: 45 ölü, 18 yaralı 28 Sentyabr 2021, 10:08 Azərbaycan tarixi ədaləti bərpa etdi 28 Sentyabr 2021, 10:04 UNEC-də XIX Beynəlxalq Türk Dünyası Sosial Elmlər konfransı keçirilib 28 Sentyabr 2021, 10:00 Avqustda qadın pensiyaçılar kişilərdən çox olub 28 Sentyabr 2021, 09:54 Magistral yollarda sürət həddi endirildi 28 Sentyabr 2021, 09:50 Keçmiş kürəkənini bıçaqlayan qayınata TUTULDU 28 Sentyabr 2021, 09:46 Parlament şəhid və qazi ailələrinin məsələsinə yenidən baxacaq 28 Sentyabr 2021, 09:40 DYP-dən taksi sürücülərinə sonuncu XƏBƏRDARLIQ 28 Sentyabr 2021, 09:36
SORĞU Hansı vaksinə etibar edirsiniz?