Modern.az

Kreml Azərbaycanın ərazi bütövlüyünə qarşı növbəti təxribat etdi - ŞƏRH

Kreml Azərbaycanın ərazi bütövlüyünə qarşı növbəti təxribat etdi - ŞƏRH

10 Sentyabr 2021, 13:30

Rusiyanın Qarabağdakı sülhməramlı kontingentinin keçmiş komandiri Rüstəm Muradov doğulduğu Dağıstana qayıtdıqdan sonra Mahaçqala şəhərində “Vətən Qəhrəmanları Keşikçiləri” təşkilatının üzvləri ilə görüşüb. General görüşdə deyib ki, sülhməramlı kontingentin Qarabağda yerləşmə müddəti uzadılacaq:
“Sülhməramlılar Azərbaycan, Ermənistan və Rusiya tərəfinin imzaladığı razılaşmaya əsasən, münaqişənin bitməsindən sonra 5 il ərzində Qarabağda olacaq. Bu müddətdən sonra onların Qarabağda qalma müddətinin uzadılması barədə qərar veriləcək”.


Maraqlıdır, Rüstəm Muradov hardan bilir ki, Rusiya hərbçiləri 5 ildən sonra da Qarabağda qalacaqlar? Axı bu onun səlahiyyətinə aid olmayan məsələdir.

Modern.az xəbər verir ki, məsələyə münasibət bildirən “Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu deyib ki, Rusiya, Azərbaycan və Ermənistan liderləri arasında imzalanmış “10 noyabr razılaşması”na görə tərəflərdən biri, yəni Azərbaycan istəməsə, 5 ildən sonra Rusiya hərbçiləri Qarabağı tərk etməlidirlər.

“Biz buna hazırlaşırıq. Bunu Rüstəm Ruradov da bilməmiş deyil”.


Ekspertin sözlərinə görə, rusiyalı rəsmilər doğru olaraq sülhəməramlı kontingentin uzadılması barədə heç nə demir, açıqlama vermirlər.

“Ancaq onlar bu barədə bağlı qapılar arxasında danışırlar, Rüstəm Muradov da bu barədə məhz komandanlığından eşidib və eşitdiklərinə əsasən Rusiyanın Qarabağda hələ çox qalacağını bildirib”.

Siyasi şərhçi bildirib ki, Rüstəm Muradovun yerinə təyin olunan Mixail Kosobokovun təyinatından dərhal sonra Bakıya gəlmək əvəzinə İrəvana gedib Ermənistan müdafiə naziri Arşak Karapetyanla görüşməsi Kremlin Bakıya xoş olmayan mesajıdır.

“Azərbaycan ərazisində xidmət edəcək komandanın Qarabağdakı fəaliyyətini öncə Ermənistanın müdafiə naziri ilə müzakirə etməsi Kremlin Azərbaycanın ərazi bütövlüyünə qarşı növbəti təxribatıdır. Başqa təxribat da odur ki, Azərbaycan hakimiyyəti ilə razılaşdırıllmadan və separatçı Abxaziyada xidmət edən hərbçini Azərbaycana təyin ediblər”.

 

Whatsapp
Bizə yazın!
Keçid et
Son dəqiqə Naxçıvanın Kərki kəndində etirazlar başladı