Modern.az

Milli Məclisin 5 komitəsi büdcəyə görə toplandı

Milli Məclisin 5 komitəsi büdcəyə görə toplandı

6 Noyabr 2012, 11:35

Bu gün Milli Məclisin 5 komitəsinin birgə iştirakı ilə dövlət büdcəsinin müzakirəsi başlanıb. Modern.az-ın iclasda iştirak edən əməkdaşının verdiyi məlumata görə, iclasda maliyyə naziri Samir Şərifov, Dövlət Sosial Müdafiə Fondunun sədri Səlim Müslümov və digərlər nazirliklərin nümayəndələri iştirak edirlər.

İclasda çıxış edən Milli Məclisin İqtisadi siyasət komitəsinin sədri Ziyad Səmədzadə 2013-cü il dövlət büdcəsi haqqında danışarkən bildirib ki, bu büdcə bütün parametrlərə cavab verib. “Nəticələr göstərir ki, 2012-ci ildə ölkəmiz inkişaf edir. Son on ildə Azərbaycan büdcəsi 1 milyarddan 20 milyarda qədər artıb”, – deyə komitə sədri bildirib.

İclas hazırda davam edir.

Modern.az

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Ukrayna ordusu dəhşət saçdı: Rusiya ərazisi vuruldu