Modern.az

Türkiyədə yoluxma sayı hələ də azalmır

Türkiyədə yoluxma sayı hələ də azalmır

10 Sentyabr 2021, 22:22

Türkiyədə son sutka ərzində yeni növ koronavirusa (COVID-19) yoluxan 257 nəfər həyatını itirib.

 

Modern.az xəbər verir ki, bu barədə Türkiyənin Səhiyyə Nazirliyi məlumat yayıb.

 

Son 24 saatda COVID-19 infeksiyası ilə əlaqədar 318 835 nəfərdən test götürülüb, onların 23 562-nin testi pozitiv nəticə verib, 35 083 nəfər sağalıb.

 

Türkiyənin səhiyyə naziri Fəxrəddin Qoca bildirib ki, ölüm sayında azalmanın olması ümidvericidir, amma yoluxanların sayında ciddi azalma yoxdur.

 

Akif İsmayılov

Whatsapp
Bizə yazın!
Keçid et
SON DƏQİQƏ! İran raketlərlə vuruldu- Anbaan görüntülər