Modern.az

ABŞ daha 19 vətəndaşını Əfqanıstandan çıxardı

ABŞ daha 19 vətəndaşını Əfqanıstandan çıxardı

10 Sentyabr 2021, 23:10

ABŞ hökuməti digər ölkə səlahiyyətlilərinin köməyi ilə Əfqanıstandan daha 19 vətəndaşını və ABŞ-da yaşamaq icazəsi olan 2 nəfəri təxliyə edib.

 

Modern.az xəbər verir ki, bu barədə Ağ Evin Milli Təhlükəsizlik Şurasının mətbuat katibi Emili Horn məlumat verib.

 

ABŞ vətəndaşları Qətər Hava Yolları vasitəsilə çarter reysilə Əfqanıstanı tərk edib.

 

Bildirilib ki, digər 2 nəfər isə quru nəqliyyatı ilə qonşu dövlətlərdən birinə keçib.

 

Akif İsmayılov

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Görün İran necə çaşdı- Bakının cavabı nə olacaq?