Modern.az

Qiyamçılar hücum etdi: Hərbçilər öldü

Qiyamçılar hücum etdi: Hərbçilər öldü

11 Sentyabr 2021, 21:42

Kolumbiyanın Venesuela ilə sərhədində "Milli Qurtuluş Ordusu" adlı qiyamçı qruplaşma hərbçilərə hücum edib.

 

Modern.az xəbər verir ki, bu barədə ölkənin Müdafiə Nazirliyi məlumat yayıb.

 

Hücum nəticəsində Kolumbiya ordusunun 5 hərbçisi həlak olub. Silahlı hücum zamanı daha 6 hərbi qulluqçunun yaralandığı deyilir.

 

Ölkə rəsmiləri bildiriblər ki, hücum Venesuela ərazisindən həyata keçirilib. 

 

Akif İsmayılov

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir