Modern.az

Türkiyə 2 minə yaxın terrorçunu zərərsizləşdirib

Türkiyə 2 minə yaxın terrorçunu zərərsizləşdirib

Dünya

11 Sentyabr 2021, 21:58

Bu ilin əvvəlindən etibarən Türkiyənin təhlükəsizlik qüvvələri tərəfindən İraq və Suriyanın şimalında, eləcə də ölkədaxili əməliyyatlarda ümumilikdə 1926 terrorçu zərərsizləşdirilib.

 

Modern.az xəbər verir ki, bu barədə Türkiyənin milli müdafiə naziri Hulusi Akar Türkiyə-Suriya sərhəddini ziyarət zamanı bildirib.

 

O, sentyabrın 11-də terrorçuların hücumu zamanı yaralanan əsgərlərin ikisinin vəziyyətlərinin qənaətbəxş olduğunu, digər birinin isə əməliyyat ediləcəyini qeyd edib.

 

"Terrorla mübarizəmiz davam edəcək. Səbir, əzm və qətiyyətlə bu mübarizəyə davam edəcəyik. Sərhədlərimizin cənubunda nə cür adlandırılmasına baxmayaraq, hər hansı bir quruluşun fəaliyyətinə icazə verməyəcəyik", - deyə Akar bildirib.

Twitter
Sizə yeni tvit var
Keçid et
TƏCİLİ! Bayrağımız Qazaxın kəndlərində qaldırıldı