Modern.az

Consonun hakimiyyət arzusu: Tetçerin rekordunu qırmaq istəyir

Consonun hakimiyyət arzusu: Tetçerin rekordunu qırmaq istəyir

11 Sentyabr 2021, 22:11

Birləşmiş Krallığın Baş naziri Boris Conson 10 ildən artıq vəzifədə qalmaq və 1979-1990-cı illərdə hökumətə rəhbərlik etmiş Marqaret Tetçerin rekordunu qırmaq niyyətindədir.

 

Modern.az xəbər verir ki, bu barədə “The Times” qəzeti Britaniya Nazirlər Kabinetindəki mənbəyə istinadən yazıb.

 

Mənbələr bildirir ki, Conson uzun müddət hakimiyyətdə qalmaq istəyir. Nəşrin məlumatına görə, 2019-cu ilin iyul ayında vəzifəyə başlayan Consonun Mühafizəkarlar Partiyası ən azı iki dəfə qələbə qazanmalıdır.

 

Onu da bildirək ki, 1975-ci ildə hakimiyyətə gələn Tetçer 11 il 208 gün Baş nazir olub.

 

Nəşrə, həmçinin bildirilib ki, Conson əhəmiyyətli sosial islahatlar aparan və İngiltərədə həyat səviyyəsini bərabərləşdirən Baş nazir olaraq gələcək nəsillərin yaddaşında qalmaq arzusundadır.

 

Akif İsmayılov

Twitter
Sizə yeni tvit var
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir