Modern.az

Yəməndə humanitar yardım anbarları partladıldı

Yəməndə humanitar yardım anbarları partladıldı

Dünya

12 Sentyabr 2021, 00:07

Yəməndə “Husi” qiyamçıları ölkənin cənub-qərbində yerləşən Moha limanında humanitar yardım və ərzaqların yerləşdirildiyi böyük anbarlara zərbələr endirib.

 

Modern.az xəbər verir ki, bu barədə ölkənin BMT tərəfindən tanınan hökumətinin Xarici İşlər Nazirliyi məlumat yayıb.

 

Qiyamçıların Bab ül-Məndəb boğazının yaxınlığındakı dəniz limanına ballistik raket və beş ədəd partlayıcı maddə quraşdırılan pilotsuz uçuş aparatı ilə zərbələr endirdiyi bildirilir.

 

Nazirlik BMT-ni “husi”lərin hücumlarına qarşı sərt mövqe tutmağa çağırıb.

 

Yəməndə 2014-cü ilin avqustundan bəri hökumət qüvvələri ilə “Husi” qiyamçıları arasında qarşıdurma yaşanır. Müharibə nəticəsində milyonlarla insan humanitar böhran şəraitində yaşayır.

 

Akif İsmayılov

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Əli Kərimli və Sevinc Osmanqızının vəziyyəti pisləşib:Komaya düşüblər