Modern.az

Trampdan seçki mesajı: “Qərarımdan xoşbəxt olacaqsınız”

Trampdan seçki mesajı: “Qərarımdan xoşbəxt olacaqsınız”

Dünya

12 Sentyabr 2021, 00:54

ABŞ-ın sabiq prezidenti Donald Tramp Nyu-Yorka səfəri zamanı Manhettendə yerləşən yanğınsöndürmə idarəsini və polis bölməsini ziyarət edib.

 

Modern.az xəbər verir ki, Tramp burada hüquq-mühafizə orqanlarının əməkdaşları ilə söhbət edib.

 

İştirakçılar Trampa 2024-cü ildə keçiriləcək prezident seçkilərində iştirak edib-etməyəcəyi barədə sual verib.

 

Sabiq prezident seçkilərdə iştirak etmək qərarının “onları xoşbəxt edəcəyini” bildirib.

 

“Nə etmək istədiyimi bilirəm. Amma kampaniyanın maliyyələşdirilməsi ilə bağlı məsələlərə görə, bu barədə danışa bilmərəm. Ancaq düşünürəm ki, qərarımdan xoşbəxt olacaqsınız”, - deyə Tramp qeyd edib.

 

Akif İsmayılov

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
TƏCİLİ! Rusiyanın Ermənistandakı bazasına hücum edildi