Modern.az

ABŞ ordusunun İraqdan çıxma vaxtı açıqlandı

ABŞ ordusunun İraqdan çıxma vaxtı açıqlandı

12 Sentyabr 2021, 08:30

ABŞ-ın İraqdakı hərbi hissələri 2022-ci ilin dekabrın 31-nə kimi ölkə ərazisini tərk edəcəklər.

 

Modern.az xəbər verir ki, bu barədə İraq ordusunun birləşmiş qərərgahının nümayəndəsi, general Tahsin əl-Həfaci mətbuata məlumat verib. O bildirib ki, iki ölkə arasında aparılan dialoq nəticəsində qərar qəbul edilib.

 

Generalın sözlərinə görə, hazırda ABŞ-ın hərbi hissəlləri İraqın Eyn əl- Asad və İraq Kürdüstanının Əl-Həriri bölgələrində yerləşib.

 

Ötən ay İraqın Baş naziri Mustafa əl-Kaiminin ABŞ-a səfəri zamanı bu məsələ Prezident Cozef Baydenlə müzakirə edilib.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Əliyev Putinlə görüşə gedir