Modern.az

İraqda gürcülərdən səs-küylü oğurluq: Milyonlarla dollar, 4 kq qızıl...

İraqda gürcülərdən səs-küylü oğurluq: Milyonlarla dollar, 4 kq qızıl...

Dünya

12 Sentyabr 2021, 09:35

Gürcüstan vətəndaşları İraqda işlədikləri evdən 2 milyon 600 min dollar və 4 kiloqram qızıl oğurlayıb.

 

Modern.az Gürcüstan mediasına istinadla xəbər verir ki, bu barədə yerli mətbuat məlumat yayıb.

 

Məlumata əsasən, soyğunçuluqda 4 nəfər iştirak edib, onlardan biri 5 ay müddətində həmin evdə təmizlikçi işləyib. Digər şübhəlilər isə Gürcüstandan İraqa 31 avqust tarixində gediblər.

 

Kütləvi informasiya vasitələri quldurların ölkədən qaçmağı bacardıqlarını, ancaq pulları və qızılları daşıya bilmədiklərini yazırlar. Hüquq -mühafizə orqanlarının əməkdaşları oğurlanan pulların və qızıl -zinət əşyalarının böyük hissəsini sahibinə qaytarıblar.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyadakı miqrantlara xəbərdarlıq - Qadağan olunur!