Modern.az

Putinin TOY FOTOSU üzə çıxdı  

Putinin TOY FOTOSU üzə çıxdı  

Dünya

12 Sentyabr 2021, 09:49

Rusiya Prezidenti Vladimir Putinin şəxsi həyatına aid arxiv fotosu üzə çıxıb.

 

Modern.az xəbər verir ki, foto Putinin evlilik gününə təsadüf edir.

 

Sosial şəbəkələrdə və xarici mediada böyük maraq doğuran şəkil 1983-cü ildə Leninqradda – Rusiyanın indiki Sankt-Peterburq şəhərində lentə alınıb.

 

 

Qeyd edək ki,  Rusiya lideri 2013-cü ilin yayında rəsmən boşanıb. Putin Lyudmila Şkrebneva ilə 1983-cü ildə evlənmişdi. Onların iki qız övladı var.

 

Putindən ayrılan Lyudmila bir müddət sonra yenidən ailə qurub. Onun gizli şəkildə Artur Oçeretnıy adlı iş adamı ilə nikaha girdiyi məlum olub.

 

Lyudmilanın hazırki əri Artur eks-birinci ledinin himayədarlıq etdiyi Şəxsiyyətlərarası Əlaqələrin İnkişafı Mərkəzinə rəhbərlik edir. Arturun Lyudmiladan 20 yaş kiçik olduğu deyilir.

 

 

Putinin şəxsi həyatına gəlincə, onun vaxtilə idmançı və deputat olan Alina Kabayeva ilə münasibətdə olduğu, hətta ailə qurduğu bildirilir. Yayılan şayiələrə görə, 2013-cü ildə Putin 31 illik xanımından məhz Kabayevaya görə boşanıb. 

 

Alina Kabayeva 1983-cü ildə Özbəkistanın paytaxtı Daşkənddə anadan olub. Onun anası müsəlman tatar, anası isə rusdur.

 

2000-ci ildə Sidneydə keçirilən olimpiya oyunlarında Alina gümüş medala sahib olmuşdu. İddialara əsasən, məhz bundan sonra Putinlə onların arasında sevgi macərası başlayıb. Alina qələbəsindən sonra Rusiyanın ən gözəl qadınları sırasında daxil olmağı bacarıb. Daha sonra Putinin liderlik etdiyi partiyadan parlamentə namizədliyini verib və deputat seçilib.

 

 

A.Rüstəm

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir