Modern.az

Pakistanda sel fəlakəti: 4 uşaq öldü, 30 yaralı

Pakistanda sel fəlakəti: 4 uşaq öldü, 30 yaralı

12 Sentyabr 2021, 10:25

Pakistanın Pəncab vilayətində şiddətli yağışların səbəb olduğu təbii fəlakət və qəzalar nəticəsində yeddi nəfər ölüb, 30 nəfərdən çox insan isə yaralanıb. Ölənlərdən dördü uşaqdır.  

 

Modern.az xəbər verir ki, xarici KİV-lərin yaydığı məlumata görə, ölənlər tavanların çökməsi və elektrik cərəyanı vurması nəticəsində həyatlarını itiriblər.

 

Pəncabda elektrik enerjisinin verilişdə problemlər yaranıb, bəzi yerlərdə nəqliyyat dayanma nöqtəsinə çatıb. İctimai nəqliyyatın işi ləngiyib.

 

Vilayət üzrə axtarış-xilasetmə işləri davam edir.

 

Qeyd edək ki, dünən Lahorda yağış səbəbindən bir evin tavanı çöküb, nəticədə üç uşaq ölüb. 

Whatsapp
Bizə yazın!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir