Modern.az

Gürcüstanda koronavirus daha 39 can aldı

Gürcüstanda koronavirus daha 39 can aldı

12 Sentyabr 2021, 11:29

Gürcüstanda son sutkada daha 1838 nəfərdə koronavirus infeksiyası aşkar olunub, 39 pasiyent vəfat edib.

 

Modern.az-ın xəbərinə görə, bu barədə ölkənin Xəstəliklərə Nəzarət və İctimai Sağlamlıq Milli Mərkəzindən bildirilib.

 

Bununla da qonşu ölkədə indiyədək COVID-19-a yoluxanların sayı 580 869-a, ölənlərin sayı isə 8185-ə yüksəlib.

 

Ötən 24 saat ərzində 5 289, ümumilikdə isə 541 610 nəfər müalicə olunaraq sağalıb.

Twitter
Sizə yeni tvit var
Keçid et
Görün İran necə çaşdı- Bakının cavabı nə olacaq?