Modern.az

Gürcülərə 100 min peyvənd hədiyyə etdilər

Gürcülərə 100 min peyvənd hədiyyə etdilər

12 Sentyabr 2021, 11:39

Gürcüstan koronavirus əleyhinə Çin istehsalı olan 100 min doza “Sinopharm” peyvəndi əldə edib.

 

Modern.az xəbər verir ki, preparatlar Beynəlxalq Qırmızı Xaç Komitəsi tərəfindən hədiyyə kimi təqdim olunub.

 

Qonşu ölkədə “Sinopharm” əhali arasında ən çox vurdurulan peyvənddir.

 

Qeyd edək ki, Gürcüstan 100 min dozadan ibarət “Sinopharm” vaksininin ilk partiyasını aprel ayında tədarük edib.

 

Qonşu ölkədə COVID-19 əleyhinə peyvəndlənməyə martın 15-dən başlanılıb, iyulun 5-dən kütləvi xarakter alıb. Sentyabrın 11-nə olan məlumata əsasən, qonşu ölkədə 577 162 nəfər tam vaksinasiya kursunu keçib.

Twitter
Sizə yeni tvit var
Keçid et
Paşinyan Qazaxa gəldi - Ermənilər üzərinə hücum çəkdi