Modern.az

Fransa “Taliban” hökumətini tanımaqdan imtina etdi

Fransa “Taliban” hökumətini tanımaqdan imtina etdi

Dünya

12 Sentyabr 2021, 13:35

Fransa Xarici İşlər Nazirliyi Əfqanıstanda "Taliban" hökumətini tanımaqdan imtina etdiyini açıqlayıb.

 

Modern.az Rusiya mətbuatına istinadən xəbər verir ki, bu barədə Fransanın xarici işlər naziri Jan-İv Le Drian bildirib.

 

Nazir deyib ki, Əfqanıstanda hakimiyyəti ələ alan "Taliban" hərəkatının nümayəndələri beynəlxalq ictimaiyyətə verdiyi vədləri yerinə yetirmədi, buna görə də Paris onların yaratdığı yeni hökuməti tanımaqdan imtina edir.

 

Fransanın baş diplomatı xatırladıb ki, hərəkat Parisin humanitar yardımın pulsuz çatdırılmasına icazə verilməsi tələbini rədd edib.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyadakı miqrantlara xəbərdarlıq - Qadağan olunur!