Modern.az

Rafael Qrossi Tehrana getdi - İlk səfər

Rafael Qrossi Tehrana getdi - İlk səfər

Dünya

12 Sentyabr 2021, 13:40

Atom Enerjisi üzrə Beynəlxalq Agentlik (AEBA) İranın nüvə proqramına dair danışıqlara yeni təkan vermək niyyətindədir və bu məqsədlə qurumun rəhbəri Rafael Qrossi Tehranda səfərdədir.

 

Modern.az xəbər verir ki, bu, İranda yeni hökumət formalaşdıqdan sonra AEBA rəhbərinin bu ölkəyə ilk səfəridir.

 

Səfər çərçivəsində R.Qrossi İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahian və İran Atom Enerji Təşkilatının sədri Məhəmməd İslami ilə görüşməlidir. Səfərin məqsədi 2015-ci ildə bağlanmış nüvə sazişinin xilası üçün yeni danışıqların müzakirə edilməsidir.

 

AEBA-dan, həmçinin bildirilib ki, R. Qrossi səfərdən qayıtdıqdan sonra mətbuata geniş açıqlama verəcək.

Whatsapp
Bizə yazın!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır