Modern.az

Rusiyada pandemiya qurbanlarının sayı 192 mini keçdi

Rusiyada pandemiya qurbanlarının sayı 192 mini keçdi

12 Sentyabr 2021, 14:14

Rusiyada koronavirusa yoluxanların sayı daha 18 554 nəfər artaraq 7 140 070-ə çatıb.

 

Modern.az xəbər verir ki, bu barədə Rusiyanın Operativ Qərargahı məlumat yayıb.

 

Koronavirusdan sağalanların sayı gündə 14 497 nəfər artıb. Bu günə qədər isə 6 389 657 nəfər xəstəlikdən sağalıb.

 

Qərargahdan verilən məlumata görə, xəstəxanadan çıxan xəstələrin nisbəti yoluxmuşların ümumi sayının 89.5%-ni təşkil edir.

 

Bundan əlavə, ölkədə bir gündə koronavirusdan 788 nəfər ölüb. Ümumilikdə ölənlərin sayı 192 749 nəfərdir.

Twitter
Sizə yeni tvit var
Keçid et
Ukrayna ordusu dəhşət saçdı: Rusiya ərazisi vuruldu