Modern.az

Koronavirusa yoluxanların sayı 224 milyonu keçib

Koronavirusa yoluxanların sayı 224 milyonu keçib

Dünya

12 Sentyabr 2021, 14:51

Dünyada koronavirusa yoluxanların sayı 224 milyon nəfəri keçib.

 

Modern.az xəbər verir ki, bu barədə beynəlxalq təşkilatların, federal və yerli hakimiyyət orqanlarının məlumatları əsasında hesablamalar aparan Cons Hopkins Universiteti açıqlama yayıb.

 

Bildirilib ki, dünyada koronavirusa yoluxanların sayı 224 272 830 nəfərə çatıb. Pandemiya qurbanlarının sayı isə 4 624 806 nəfərdir.

 

Məlumata əsasən, 20 milyondan çox yoluxma halı qeydə alınan ölkələr sırasında ABŞ, Hindistan və Braziliya ilk yerləri tutur.

 

ABŞ-da koronavirusa 40 921 394 nəfər yoluxub, 659 691 nəfər isə vəfat edib. Hindistanda bu göstəricilər müvafiq olaraq 33 236 921 və 442 655 nəfərə bərabərdir. Braziliyada isə hazırkı dövrədək 20 989 164 yoluxma və 586 558 ölüm halı qeydə alınıb.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Görün İran necə çaşdı- Bakının cavabı nə olacaq?