Modern.az

Təhlükə altında olan heyvanların sayında yeni rekord 

Təhlükə altında olan heyvanların sayında yeni rekord 

12 Sentyabr 2021, 15:18

Dünyada təhlükə altında olan heyvan və bitki növlərinin sayı rekord səviyyəyə çatıb.

 

Modern.az "CNN"-ə istinadla xəbər verir ki, dünyada tədqiq edilmiş 138 mindən artıq növün təxminən 28 faizi təhlükə altındadır.

 

Bu barədə məlumatı Beynəlxalq Təbiəti Mühafizə İttifaqı (IUCN) yayıb.

 

Hazırda vəhşi təbiətə cəmi 20 min şir, 7 min gepard və 4 min pələngin qalması da vəziyyətin nə qədər acınacaqlı olduğunu nümayiş etdirir. Müsbət irəliləyiş kimi isə ov kvotaları və beynəlxalq mühafizə sazişləri nəticəsində bir sıra balıq növlərinin populyasiyasının təhlükə altında olmadığı bildirilib.

 

Mərkəzi qərargahı İsveçrədə yerləşən IUCN sentyabrın 11-dək Fransanın Marsel şəhərində beynəlxalq konqres çərçivəsində növ müxtəlifliyinin qorunmasına dair müzakirələr aparacaq.

 

Konqresin nəticəsində BMT-nin himayəsi altında növlərin və iqlimin qorunması və eləcə də ərzaq təhlükəsizliyinin təmin olunması üçün beynəlxalq zirvə toplantısı hazırlanmalıdır. Əsas hədəflər sırasında 2025-ci ilədək Amazon çayı hövzəsinin bitki və heyvan növlərinin 80 faizinin mühafizəsinə xidmət edən qlobal paktın imzalanması dayanır.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Son dəqiqə Naxçıvanın Kərki kəndində etirazlar başladı