Modern.az

Türkiyədə “demokratiyanın qara ləkəsi”indən 41 il ötür

Türkiyədə “demokratiyanın qara ləkəsi”indən 41 il ötür

12 Sentyabr 2021, 16:58

Türkiyədə 1980-ci il sentyabrın 12-də baş verən və ölkənin demokratiya tarixinin qanlı səhifələrindən biri olan hərbi çevrilişdən 41 il ötür.

 

Modern.az xəbər verir ki, bu hərbi çevriliş sentyabrın 12-də səhər Türkiyənin “TRT” radiosunda səsləndirilən İstiqlal və Hərbi marşların ardından Türkiyə Silahlı Qüvvələri Baş Qərargahının rəisi general Kənan Evren tərəfindən imzalanan “Bir nömrəli bəyannamə”nin oxunmasından sonra başlayıb.

 

“Bayraq hərəkatı” kimi tanınan hərbi çevriliş zamanı 1970-ci ildən sonra dəyişdirilən 1961-ci il Konstitusiyasının tətbiqi dayandırılıb və Türkiyə Böyük Millət Məclisi ləğv olunaraq antidemokratik fəaliyyətlər davam etdirilib.

 

Qeyri-hökumət təşkilatlarını hədəfə alan inqilabçılar Türk Hava Təşkilatı, Uşaq Müdafiə Agentliyi və Qızıl Aypara Komitəsi istisna olmaqla, bütün dərnəklərin və siyasi partiyaların fəaliyyətini dayandırıblar.

 

Baş nazir Süleyman Dəmirəl başda olmaqla, bir çox dövlət nümayəndələri Uzunadaya sürgün edilib. Türkiyənin hər baxımdan geriləməsinə səbəb olan çevrilişin səbəbkarları, eyni zamanda, uzun illər keçməsinə baxmayaraq, yaddaşlardan silinməyən ölüm hökmlərinin də memarı olublar.

 

Bu çevriliş nəticəsində Türkiyə siyasəti yenidən qurulub, ölkə böyük itkilər verir. Doqquz il davam edən yeni hərbi dövrdə ölkə iqtisadiyyatına təxminən 50,4 milyard dollar məbləğində zərər dəyib.

 

Dövlət çevrilişini törədənlərə, o cümlədən Kenan Evren və ölkənin Hava Qüvvələrinin o zamankı komandanı Tahsin Şahinkaya haqqında ilk cinayət işi 2011-ci ildə Ankara Baş Prokurorluğu tərəfindən başlanıb.

 

Hazırlanan iddianamənin Ankara Ağır Cinayətlər Məhkəməsi tərəfindən 2012-ci il yanvarın 10-da qəbul edilməsi ilə Türkiyə tarixində ilk dəfə dövlət çevrilişində təqsirləndirilən şəxslər hakim qarşısına çıxarılıb.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Əliyev Putin görüşünün gizli şifrələri: Rusiyada nələr oldu?