Modern.az

Taliblərlə müqavimətçilər arasında döyüşlər yenidən başladı

Taliblərlə müqavimətçilər arasında döyüşlər yenidən başladı

12 Sentyabr 2021, 17:20

Bağlan vilayətinin Puli-Hisar bölgəsində Əfqanıstanda hakimiyyəti ələ keçirən “Taliban” hərəkatının yaraqlıları ilə Milli Müqavimət Cəbhəsinin silahlıları arasında  döyüşlər yenidən başlayıb.

 

Modern.az xəbər verir ki, bu barədə TASS-a müqavimətçilərə yaxın mənbə bildirib.

 

Agentliyin həmsöhbətinin sözlərinə görə, “Taliban”ın yaraqlıları itki verib və həmin ərazidən geri çəkilməyə məcbur olublar.

Whatsapp
Bizə yazın!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir