Modern.az

Belarus Rusiyadan bir milyardlıq silah alacaq

Belarus Rusiyadan bir milyardlıq silah alacaq

Dünya

12 Sentyabr 2021, 17:44

Belarus Rusiyadan 1 milyard dollardan çox məbləğdə silah almağı planlaşdırır, ölkəyə S-400 komplekslərinin tədarük perspektivləri müzakirə olunur.

 

Modern.az “BelTA” agentliyinə istinadən xəbər verir ki, bu barədə Belarus Prezidenti Aleksandr Lukaşenko jurnalistlərə açıqlamasında deyib.

 

“Hazırda Belarusun qərb istiqaməti S-300 kompleksləri ilə tamamilə bağlıdır. Amma bizim cənub istiqamətimiz əlavə olunub”, - “Belarus seqodnya” nəşri dövlət başçısının sözlərini sitat gətirib.

 

Lukaşenko qeyd edib ki, Kremldə Rusiya Prezidenti Vladimir Putinlə danışıqların ikinci hissəsində müdafiə və təhlükəsizlik məsələlərinə böyük diqqət ayrılıb.

 

Onun sözlərinə görə, Putin ballistik raketlərlə işləyə biləcək daha müasir S-500 kompleksləri barədə də məlumat verib.

 

“Rusiya Prezidenti müdafiə nazirinə tapşırıq verdi ki, bu kompleksləri (S-400-red.) bizə tədarükü üçün bizimkilərlə bu məsələləri işləyib hazırlasınlar”, - Lukaşenko deyib.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır