Modern.az

Rusiyada təyyarə qəzasında 4 nəfər öldü - YENİLƏNİB

Rusiyada təyyarə qəzasında 4 nəfər öldü - YENİLƏNİB

Dünya

12 Sentyabr 2021, 22:55

Rusiyanın İrkutsk vilayətində “L-410” tipli sərnişin təyyarəsinin qəzaya uğraması nəticəsində 4 nəfər ölüb.

 

Modern.az xəbər verir ki, bu barədə TASS-a operativ qərargahdan məlumat verilib.

 

Bildirilib ki, üç sərnişin və bir pilot ölüb, ikinci pilot şok vəziyyətindədir.

 

Qalan 12 nəfər xəsarət alıb. Onlardan ikisi təyyarənin içərisində sıxılmış vəziyyətdə qalıb, həmin şəxslərin çıxarılması üçün işlər görülür.

 

***

20:44

 

Rusiyanın İrkutsk vilayətində 16 nəfəri daşıyan L-410 tipli sərnişin təyyarəsi sərt eniş edib.

 

Modern.az xəbər verir ki, bu barədə Rusiya KİV-i yazıb.

 

Sərt eniş nəticəsində bir neçə nəfərin xəsarət aldığı bildirilir. İlkin məlumata görə, təyyarə eniş zamanı nasazlıqla üzləşib.

 

Rusiyanın Fövqəladə Hallar Nazirliyi məlumatı təsdiqləyib.

 

Akif İsmayılov

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır