Modern.az

Nazir: “Müəllimlərin vakansiyasının gizlədilməsi faktı var

Nazir: “Müəllimlərin vakansiyasının gizlədilməsi faktı var”

12 Sentyabr 2021, 22:14

"Hər il müəllim vakansiyası ilə bağlı müəyyən problemlər olur. Yerlərin gizlədilməsi faktı az da olsa var".

 

Modern.az xəbər verir ki, bunu təhsil naziri Emin Əmrullayev "Real TV"yə müsahibəsində deyib.

 

Nazir bildirib ki, müəllimlərin bir neçə dəfə imtahan verməsi ilə bağlı dəyişiklik ola bilər:

 

"Bir neçə məktəbə müəllim seçmək səlahiyyəti verilə bilər. Amma vacib məsələ şəffaflıqdır. Müəllim və resurs seçimində məktəb direktorunun səlahiyyətləri olacaq. İlk növbədə bacarıqlara yönəlik yaxın 3-4 il ərzində müəllimlərin işə qəbulu ilə bağlı yeniliklər olacaq. Düşünürəm ki, imtahanların mərkəzləşdirilmiş qaydada olması hələ qalacaq".

Whatsapp
Bizə yazın!
Keçid et
Erməni hərbçi heç bir səbəb olmadan mövqeyimizə atəş açır