Modern.az

Bu ölkə “Taliban”ı tanımayacaq

Bu ölkə “Taliban”ı tanımayacaq

12 Sentyabr 2021, 23:11

Çexiya heç bir halda Əfqanıstanda hakimiyyəti ələ keçirən “Taliban” tərəfindən qurulan hökuməti tanımamalıdır.

 

Modern.az xəbər verir ki, bu barədə Çexiyanın xarici işlər naziri Yakub Kulqanek jurnalistlərə açıqlamasında bildirib.

 

O qeyd edib ki, buna baxmayaraq, Çexiya bir şəkildə “Taliban”la qarşılıqlı əlaqəyə ehtiyac duyacaq.

 

“İndi elə vəziyyətdəyik ki, “Taliban” Əfqanıstanın yeni ağasıdır. Mən buna heç sevinmirəm, amma reallığı olduğu kimi tanımalıyıq”, - deyə Çexiya XİN rəhbəri bildirib.

 

Onun sözlərinə görə, Avropa İttifaqı (Aİ) dövlətləri Əfqanıstanda “Taliban”a qarşı vahid yanaşma formalaşdırmalıdır.

 

Akif İsmayılov

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
SON DƏQİQƏ! İran raketlərlə vuruldu- Anbaan görüntülər