Modern.az

Özbəkistan əfqan pilotları ölkədən çıxarır

Özbəkistan əfqan pilotları ölkədən çıxarır

13 Sentyabr 2021, 00:18

Özbəkistan hökuməti “Taliban”dan qaçan Əfqanıstan Hərbi Hava Qüvvələrinin pilotlarını ölkədən çıxarmağa başlayıb.

 

Modern.az xəbər verir ki, bu barədə “Wall Street Journal” qəzeti mənbələrə istinadən məlumat yayıb

 

Özbəkistanda olan ilk pilot qrupu və yaxınları həftə sonu bu ölkədən çıxarılıb. Qəzetin həmsöhbətlərinin dediyinə görə, əvvəlcə pilotların Qətərin paytaxtı Doha şəhərinə aparılacağı ehtimal edilirdi, lakin bu həftə sonu Əfqanıstan pilotlarının və yaxınlarıının BƏƏ-yə göndərildiyi məlum olub.  Hazırda pilotların ABŞ-a və ya başqa ölkəyə köçürüləcəyi ilə bağlı heç bir məlumat yoxdur.

 

Nəşrin yazdığına görə, pilotların ölkədən çıxarılması əməliyyatı ABŞ və Özbəkistan hökumətləri arasında razılaşma əsasında aparılır.

 

Akif İsmayılov

Whatsapp
Bizə yazın!
Keçid et
Ukraynadan hər kəsi şok edən xəbər: Azərbaycanlı jurnalist vəfat etdi