Modern.az

Çimərlik güləşçilərimiz üç medal qazandı

Çimərlik güləşçilərimiz üç medal qazandı

13 Sentyabr 2021, 00:30

Yunanıstanın Katerini şəhərində çimərlik güləşi üzrə dünya seriyasının üçüncü mərhələsi keçirilib.

 

Modern.az xəbər verir ki, güləşçilərimiz yarışda uğurlu çıxış edərək 3 medal qazanıblar.

 

Oyan Nəzəriani (+90 kq) qızıl, Omid Kamaliağdam (80 kq) və İbrahim Yusubov (90 kq) isə gümüş medal əldə ediblər. Azərbaycan medalların sayına görə 1-ci yeri tutub.

 

Qeyd edək ki, beynəlxalq dərəcəli hakim Sədi Quliyev turnirdə ədaləti qoruyub. Dünya seriyasının sonuncu - final mərhələsi sentyabrın 23-24-də Rumıniyanın Konstanta şəhərində keçiriləcək.

Whatsapp
Bizə yazın!
Keçid et
Əliyev Putinlə görüşə gedir