Modern.az

Bir gündə minlərlə insan bu xəstəlikdən öldü

Bir gündə minlərlə insan bu xəstəlikdən öldü

13 Sentyabr 2021, 08:38

Dünyada koronavirusa (COVID-19) yoluxanların sayı son sutka ərzində 373 mindən çox artıb.

 

Modern.az xəbər verir ki, ötən sutka ərzində 373 min 216 nəfər koronavirusa yoluxub, 5913 nəfər pandemiyanın qurbanı olub.

 

Bununla da virusa yoluxanların ümumi sayı 225 milyon 449 min 49, ölənlər isə 4 milyon 643 min 667 nəfərə çatıb.

 

Ötən sutka ərzində ən çox yoluxma halı ABŞ-da (35 min 450 nəfər), ən çox ölüm faktı isə Rusiyada (788 nəfər) qeydə alınıb.

 

Dünyada indiyədək ən çox yoluxma halı ABŞ (41,8 milyon), Hindistan (33,2 milyon), Braziliya (20,9 milyon), Böyük Britaniya (7,2 milyon), Rusiya (7,1 milyon), Fransa (6,9 milyon) və Türkiyədə (6,6 milyon) aşkarlanıb.

 

Xatırladaq ki, koronavirus infeksiyası 2019-cu ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Ermənistan ordusu Qazaxın kəndlərindən çıxır