Modern.az

ABŞ-da Barak Obamanın qələbəsi elan edilib

ABŞ-da Barak Obamanın qələbəsi elan edilib

7 Noyabr 2012, 08:30

ABŞ-da prezident seçkilərində ilkin nəticələr artıq məlumdur.

Demokratlar Partiyasından olan indiki prezident Barak Obamanın ikinci dəfə qələbə qazandığı artıq heç kimdə şübhə doğurmur. Modern.az xarici KİV-lərə istinadən bildirir ki, Amerika telekanalları artıq Obamanın qələbə qazandığını da elan ediblər. Obamanın respublikaçı rəqibi, Massaçusets ştatının keçmiş qubernatoru Mitt Romnidən üstün olduğu bildirilir.

Son məlumatlara görə, Barak Obama 290 səs toplayıb, Mitt Romni isə 201 səs əldə edib.
Qeyd edək ki, ABŞ-da prezident seçkilərinin nəticələri xüsusi seçici nümayəndələrinin verdiyi səslərlə hesablanır. Prezident seçilmək istəyən namizəd 538 xüsusi nümayəndədən 270-nin səsini qazanmalıdır. 

Beləliklə, Barak Obama qarşıdakı 4 ildə də Amerika dövlətinə rəhbərlik edəcək. Yeni prezidentin andiçmə mərasimi 2013-cü ilin yanvarında keçiriləcək.
Xatırladaq ki, səsvermə bülletenlərində bu iki əsas rəqiblərdən başqa, daha 20 namizədin adı var idi. Amma onların seçilmək üçün heç bir şansı olmadığından mübarizə yalnız demokratlarla respublikaçılar arasında gedib. 

Modern.az

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir