Modern.az

Ermənistan parlamentində Gorus-Qafan yolu ilə bağlı MÜBAHİSƏ DÜŞDÜ

Ermənistan parlamentində Gorus-Qafan yolu ilə bağlı MÜBAHİSƏ DÜŞDÜ

Dünya

13 Sentyabr 2021, 12:42

Ermənistan parlamentinin bu gün keçirilən iclasında Gorus-Qafan yolunda yaranmış vəziyyət müzakirə olunub.

 

Modern.az Ermənistan KİV-nə istinadən xəbər verir ki, “Ermənistan” bloku yoldakı vəziyyəti müzakirə etmək üçün Təhlükəsizlik Xİdmətinin direktorunu parlamentə çağırmağı tələb edib.

 

Partiya üzvü Artsvik Minasyan Azərbaycan sərhədçilərinin İrandan Ermənistana gedən yük maşınlarını yoxlaması faktı ilə bağlı rəsmi qurumların verdiyi izahı “dişsiz” və “qeyri-müəyyən” adlandırıb.

 

Spiker Alen Simonyan Təhlükəsizlik Xidməti rəhbərinin parlamentə çağırılması məsələsini müzakirə edəcəklərini əlavə edib.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır