Modern.az

YAP-ın Nəsimi təşkilatı yubiley tədbiri keçirib – FOTOLAR

YAP-ın Nəsimi təşkilatı yubiley tədbiri keçirib – FOTOLAR

Aktual

7 Noyabr 2012, 08:59

Azərbaycan Tibb Universitetində (ATU) Yeni Azərbaycan Partiyasının (YAP) yaradılmasının 20 illik yubileyi qeyd edilib. Modern.az xəbər verir ki, tədbirdə YAP Nəsimi rayon təşkilatının sədri, Milli Məclisin deputatı Məlahət İbrahimqızı çıxış edərək partiyanın iyirmi il ərzində keçdiyi şərəfli yoldan, ölkənin ictimai-siyasi həyatındakı rolundan söhbət açıb. Bildirib ki, Yeni Azərbaycan Partiyası mərhum prezident Heydər Əliyevin Azərbaycanın inkişafı istiqamətində müəyyən etdiyi prinsipləri özündə birləşdiribdir.

Mərasimdə ATU-nun rektoru, Milli Məclisin deputatı, akademik Əhliman Əmiraslanov qeyd edib ki, YAP ölkənin dinamik inkişafında mühüm rol oynayıb. Partiyanın bu ali təhsil müəssisəsindəki ərazi ilk təşkilatının 2 mindən çox üzvü vardır.

Digər çıxış edənlər də partiyanın uğurlarından söz açıb, təşkilatın müstəqil Azərbaycan dövlətinin möhkəmləndirilməsi istiqamətindəki fəaliyyətini yüksək qiymətləndiriblər.

 

 

 

 

 

 

Modern.az

 
Whatsapp
Bizə yazın!
Keçid et
TƏCİLİ: Sülhməramlılar bu ərazini tərk etdi, polisimiz gəldi