Modern.az

Zəngəzur dəhlizi, yoxsa Yuxarı Lars – Tranzit habı olmaq uğrunda Bakı ilə Tbilisinin rəqabəti

Zəngəzur dəhlizi, yoxsa Yuxarı Lars – Tranzit habı olmaq uğrunda Bakı ilə Tbilisinin rəqabəti

13 Sentyabr 2021, 16:06

Azərbaycanla Ermənistan arasında baş verən 44 günlük müharibə Qafqaz regionunda geosiyasi durumu tamamilə dəyişdi. Yeni hərbi-siyasi reallıq həm də yeni iqtisadi imkanlar diqtə edir. Azərbaycan, Ermənistan və Rusiya arasında regional kommunikasiyaların, o cümlədən Zəngəzur dəhlizinin açılmasını nəzərdə tutan 10 noyabr 2020-ci il və 2021-ci il 11 yanvar üçtərəfli razılaşmaları məhz həmin geosiyasi reallıqlara istiqamət verəcək çertyojlar idi.

 

Modern.az xəbər verir ki, Dağlıq Qarabağ probleminin həll olunması ilə regional kommunikasiyaların bağlı qalmasına səbəb olmadığı üçün Azərbaycan-Ermənistan sərhədinin açılması perspektivi Şərq-Qərb və Cənub-Şimal dəhlizləri, Çin və Hindistanı Avropa ilə birləşdirəcək alternativ yolun formalaşmasına şərait yaradırdı. Təsadüfi deyil ki, Azərbaycan Prezidenti İlham Əliyev Türkiyə, Azərbaycan, Ermənistan, İran, Rusiya və Gürcüstanın iştirakı ilə “altılıq ölkələri” adlı yeni platforma yaratmağı təklif etmişdi.

 

Amma Rusiya ilə diplomatik münasibətləri olmayan, ərazinin bir hissəsi işğal altında qalan Gürcüstan bu platformaya isti münasibət bəsləməyib. Rəsmi Tbilisi “yox” cavabını platformada Rusiyanın təmsilçiliyi ilə izah etsə də, reallıq və müşahidələr bunun heç də belə olmadığını ortaya qoyur. Çünki Qarabağdakı sonuncu müharibə Şərq-Qərb və Şimal-Cənub dəhlizlərində önəmli mövqeyə malik Gürcüstanı vacib tranzit habına çevirmiş, ciddi kapital qazandırmışdı. Amma son müharibənin nəticələri, Zəngəzur dəhlizinin işə düşməsi bu perspektivlərin üzərindən xətt çəkə bilər.

 

Təsadüfi deyil ki, ötən həftə Hərbi-Gürcüstan yoluna alternativ olacaq yeni yolun tikintisinin anonsunu verdi. Yeni yol Gürcüstanla Rusiya arasında ticarət dövriyyəsini dəfələrlə artırmaqla yanaşı, Ermənistanı da Rusiyaya daha sıx birləşdirəcək.

 

Böyük Qafqaz dağlarında çəkilən 9 kilometrlik tunel 15 metr diametrə malik olacaq. Baş nazir İrakli Qaribaşvili tunelin inşasını “əsrin tikintisi” elan etmişdi.  400 milyon dollara başa gələcək və 2024-cü ildə başa çatacaq layihə çərçivəsində, ümumilikdə, 5 tunel, 5 körpü, 23 kilometr uzunluğunda ikizolaqlı asfalt yol çəkiləcək.

 

“Rusiyaya gedən hazırkı yol sərt iqlim şərtlərinə görə, ilin 100 günü bağlı olurdu. Xüsusən, qışda qar uçqunları təhlükəli idi. Hər gün bu yoldan 3-4 min maşın, 70% minik və 30% yük maşını keçirdi. Tunelin inşası yolun buraxıcılıq qabiliyyətini artıracaq”- deyə nazir demişdi.

 

Hərbi-Gürcüstan yolunda tunelin açılmasının hərbi yaxud siyasi deyil, ilk növbədə iqtisadi əhəmiyyəti böyükdür. Belə ki, yol Ermənistan və Gürcüstanı Rusiyaya birləşdirən yeganə yoldur. Tunelin inşası Ermənistandan olan yük maşınlarının Rusiyaya gedərkən “Yuxari Lars” nəzarət-buraxılış məntəqəsində saatlarla vaxt itirməsinin qarşısını önləyəcək.

 

Maraqlıdır ki, layihənin əsas maliyyə ağırlığını Çinin “China Railway Tunnel Group Co. Ltd” (CRTG) şirkəti öz üzərinə götürüb. Prosesə Avropa Yenidənqurma və İnkişaf Bankı ilə yanaşı, Asiya İnkişaf Bankı da dəstək verir.

 

Rəsmi Tbilisi tunel tikintisi və apardığı tikinti işləri ilə Bakı, Moskva və Yerevanın razılaşdırdığı kommunikasiya layihələrinə müəyyən qədər cavab verməyə çalışır. Amma Gürcüstan yaxşı anlayır ki, Zəngəzur dəhlizinin açılması, həmçinin, Ermənistanın Azərbaycan ərazisindən Rusiya ilə dəmir yolu əlaqəsini bərpa etməsi onun geosiyasi əhəmiyyətini azaldacaq, transit habı olmaq perspektivlərinin üstündən xətt çəkəcək. Avropa, Rusiya, Çin və Hindistan arasında yük daşımaları məhz Zəngəzur dəhlizi vasitəsilə daşınacaq. Gürcüstanın buna alternativ tunel tikintisi və prosesə İranla Ermənistanı cəlb etmək niyyəti isə iqtisadi və siyasi perspektiv vəd etmir.

 

Əvəzində, Azərbaycanın Cənubi Qafqazın regional nəqliyyat və transit habına çevriləcək.

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir