Modern.az

Elçin Əfəndiyevin köməkçisi "Elşad Abdullayev işi" ilə bağlı tutulub

Elçin Əfəndiyevin köməkçisi "Elşad Abdullayev işi" ilə bağlı tutulub

7 Noyabr 2012, 11:28

Azərbaycan Beynəlxalq Universitetinin (ABU) sabiq rektoru Elşad Abdullayevin işi ilə bağlı daha bir nəfər saxlanılıb. Modern.az bildirir ki, bu barədə APA-ya hüquq-mühafizə orqanlarından məlumat verilib.

Məlumata görə, tutulan şəxs Nazirlər Kabinetinin əməkdaşı, baş nazirin müavini Elçin Əfəndiyevin köməkçisi Vaqif Hüseynovdur. V. Hüseynov dələduzluqda təqsirli bilinir. O, Azərbaycan Beynəlxalq Universitetinə (ABU) lisenziya almaqda köməklik göstərəcəyini vəd edərək E. Abdullayevdən 1 milyon manat almaqda şübhəli bilinir.

Qeyd edək ki, E. Abdullayevin şikayəti əsasında dünən daha bir nəfər həbs edilib. Sahibkarlıq fəaliyyəti ilə məşğul olan Arzu Kazımov da dələduzluqda təqsirli bilinir. O, E. Abdullayevin itkin düşmüş qardaşı Mahir Abdullayevin tapılmasında köməklik etmək məqsədi ilə sabiq rektordan 3 milyon pul almaqda şübhəli bilinir. Təqsirləndirilən şəxsin vəkili Ramiz Zeynalov isə mətbuata açıqlama verərək Elşad Abdullayevin Arzu Kazımova pul verdiyinə dair heç bir sübutun olmadığını bildirib. 

Modern.az

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Sevastopolda Rusiyaya məxsus daha bir SU-35 vurulub