Modern.az

ACP Rəsul Quliyev barədə açıqlama verdi

ACP  Rəsul Quliyev barədə açıqlama verdi

7 Noyabr 2012, 13:35

Açıq Cəmiyyət Partiyasının sədri Sülhəddin Əkbər partiya lideri, eks-spiker Rəsul Quliyevin prezident seçkilərində iştirakı ilə bağlı Modern.az saytına açıqlama verib. Partiya sədri hazırda Amerikada mühacirətdə yaşayan sabiq spikerin seçkilərə qatılıb-qatılmaması məsələyə toxunaraq Rəsul Quliyevin Azərbaycana gəlməsi üçün problemin olmadığını bildirib.

“Partiyanın mövqeyi ondan ibarətdir ki, Azərbaycan Respublikasının Konstitusiyasına görə, Rəsul bəyin Azərbaycana gəlməsi və onun prezident seçkilərində iştirakına heç bir maneə yoxdur. Konistitusiya Məhkəməsi məsələni tamamilə yanlış şərh edir. Çünki həmin müvafiq bənndə bir mənalı şəkildə göstərilib ki, prezidentliyə namizəd Azərbaycan Respublikasında ən azı 10 il müddətində yaşamalıdır. Rəsul Quliyev də Azərbaycanda 50 ildən çox yaşayıb. Qeyd etmək istərdim ki, konstitusiyanın 100-cü maddəsinə əsasən Rəsul bəyin Azərbaycana gəlməsinə heç bir maneə yoxdur. Müəyyən spekulyasiyalara son qoyaraq həmin maddəni düzgün şərh etmək lazımdır”, -deyə ACP sədri bildirib.

S.Əkbər daha sonra təmsil etdiyi partiyanın ölkədəki seçkiqabağı durumla bağlı mövqeyini açıqlayaraq bildirib ki, ACP Rəsul Quliyevin prezidentliyə namizədliyini dəstəkləyəcək:

“Rəsul bəy mətbuatda bu haqda bir neçə dəfə açıqlama verib. Partiyanın fikri onun fikri ilə eynidir. Bizim siyasi priorotetimiz ondan ibarətdir ki, ilk öncə ölkədə siyasi mühit demokratikləşsin. Azad və ədalətli seçkilər üçün şərait yaradılsın ki, bundan sonra namizəd məsələsini müzakirə edək. Rəsul bəy özü də dəfələrlə bəyan edib ki, o, Azərbaycana gəlmək, seçkilərdə iştirak etmək niyyətindədir. Rəsul Quliyev seçkilərdə iştirak edəcəyi halda qalib gələcəyinə inanırıq”.

Anar RÜSTƏMOV

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır