Modern.az

Bakı Dövlət Universitetində Həsən Əliyevin fəaliyyəti təhlil olunub

Bakı Dövlət Universitetində Həsən Əliyevin fəaliyyəti təhlil olunub

7 Noyabr 2012, 15:12

Bu gün Bakı Dölət Uniıersitetində akademik Həsən Əliyevin 105 illik yubileyinə həsr olunmuş «Ekologiya: təbiət və cəmiyyət problemləri» adlı II Beynəlxalq konfrans keçirilib. Konfransda çıxış edən universitet rektoru, akademik Abel Məhərrəmov akademik Həsən Əliyevin həyat və fəaliyyətindən, elmə verdiyi töhfələrdən danışıb. Deyib ki, akademik təkcə Azərbaycan torpaqlarını öyrənməklə kifayətlənməyib. O, Böyük Qafqazın dağ-çəmən torpaqlarını öyrənməklə bütün Qafqazın torpaqlarının yaranması və yayılması qanunauyğunluqlarını təhlil edib.
Abel Məhərrəmov bildirib ki, Həsən Əliyev elmi və ictimai fəaliyyəti ilə hələ 1960-cı illərdə xarici ölkələrdə geniş tanınmağa başlayıb. Rektor deyib ki, Azərbaycanın Əməkdar elm xadimi adına, Azərbaycan Respublikası Dövlət mükafatı laureatı, Vavilov adına medala da layiq görülən Həsən Əliyevin ən böyük mükafatı xalqının məhəbbətini qazanmaq olub.

Bakı Dövlət Universitetinin kafedra müdiri, professor Şövqi Göyçaylı Həsən Əliyevin görkəmli alim, elm təşkilatçısı və ictimai xadim kimi fəaliyyətindən danışıb. Ş.Göyçaylı Azərbaycanda ətraf mühiti mühafizəyə dair ilk kafedranın (1980) Bakı Dövlət Universitetində açılması ideyasını irəli sürən və təşəbbüs göstərənlərdən birincisinin  Həsən Əliyev olduğuna, həmin kafedrada xüsusi kurs üzrə mühazirələr oxuduğuna da diqqət çəkib.
Sonra Dövlət Topaq və Xəritəçəkmə Komitəsinin sədri, BDU-nun kafedra müdiri Qərib Məmmədov, AMEA-nın şöbə müdiri İsmayıl Quliyev və ailə adından BDU-nun kafedra müdiri, professor Sevinc Hacıyeva çıxış ediblər. 2 gün davam edəcək konfransda 5 bölmə üzrə  400-yaxın  məruzə dinləniləcək. «Ekoloji kimya və ətraf mühit» adlı bölmənin sədri, professor Sevinc Hacıyeva, «Ekoloji coğrafiya və ətraf mühit» adlı bölmənin sədri professor Şövqi Göyçaylı, "Ekoloji biologiya və ətraf mühit" adlı bölmənin sədri professor Nərminə Sadıqova , "Torpaqların ekologiyası" adlı bölmənin sədri akademik Qərib Məmmədov və "Cəmiyyət və ekoloji problemlər"adlı bölmənin sədri dosent Abuyəli Hüseynlidir.


Modern.az
    
Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir