Modern.az

Telman İsmayılov pullarını Çeçenistana yatıracaq

Telman İsmayılov pullarını Çeçenistana yatıracaq

16 Fevral 2010, 09:22

Moskvadakı keçmiş  Çerkezsk bazarının həmsahibi, AST şirkətlər qrupunun rəhbəri Telman İsmayılov  Çeçenistanın inkişafında iştirak etmək niyyətindədir. Modern.az Rusiya mətbuatına istinadən xəbər verir ki, Telman İsmayılov Çeçenistanda bir sıra investisiya layihələrinə marağını ifadə edib.

Telman İsmayılov və onun oğlu Sərxan Qroznıda Çeçenistan prezidenti Ramzan Kadırovla görüşüb. Telman İsmayılov görüş zamanı  mütəxəssislərin iştirakı ilə respublikada bir sıra investisiya layihələrini gözdən keçirməyə və onların arasından vəsait qoymaq baxımından ən  məqsədyönlü olanı seçməyə razılıq verib.  Sərxan İsmayılov  “Terek” futbol komandasının vitse-prezidenti təyin olunub. “Mən Sərxan İsmayılova  “Terek”də məsuluyyətli vəzifəni etibar etmək barədə qərar qəbul etmişəm.  Onun klubun inkişafına dair konsepsiyası bizə maraqlı göründü. Əminəm ki, İsmayılov bir çox vəzifənin öhdəsindən gələ biləcək”, -deyə Ramzan Kadırov bildirib.

 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Sevastopolda Rusiyaya məxsus daha bir SU-35 vurulub