Modern.az

Azərbaycanın canına çökmüş ölüm təhdidləri

Azərbaycanın canına çökmüş ölüm təhdidləri

8 Noyabr 2012, 09:06

Son dövrlər ölkəmizdə yayılan xəstəliklərin sayı durmadan artır. Əhali hesab edir ki, hazırda daha çox yayılan xəstəlik növləri şiş və şəkər xəstəlikləridir. Əslində isə son 9 ayda aparılan statistika göstərir ki, yayılan xəstəliklər arasında daha çox tənəffüs orqanlarının xəstəlikləri üstünlük təşkil edir.

Modern.az-ın sorğusunu cavablandıran Səhiyyə Nazirliyindən onu da bildirdilər ki, ən geniş yayılan xəstəliklər siyahısında sonrakı yerləri qan dövranı xəstəlikləri və travmalar tutur. İnsanların əziyyət çəkdikləri xəstəliklər arasında sonrakı yerlərdə həzm və sinir sistemi xəstəlikləridir.   Dünyada isə “ən dəbdə” olan xəstəliklər kardioloji və onkoloji xəstəliklərdir.  

Bu arada Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) ürək-damar xəstəliklərinin geniş yayılması ilə bağlı xəbərdarlıq edib. ÜST-nin son açıqlamasına görə, 2030-cu ilədək dünyada ölümün ilk əsas səbəbi olan ürək-damar xəstəliklərindən, xüsusilə ürək xəstəlikləri və insultdan 23,6 milyon insan dünyasını dəyişəcək. Proqnozlara görə, bu xəstəlik ölümün başlıca səbəbi olaraq qalacaq. Bu halların əsas artım faizinin Şərqi Aralıq dənizi regionunda müşahidə ediləcəyi, ölüm hallarının çoxunun isə Cənubi-Şərqi Asiya regionda olacağı gözlənilir. 

ÜST-nin proqnozları ölkəmiz üçün də ürəkaçan deyil. Ölkəmizdə də son illər ürək- damar xəstəliklərindən əziyyət çəkənlərin sayı artıb. ÜST-nin hesablamalarına görə, bu xəstəlik üzrə ölkəmiz ilk beşlikdə yer alıb. Üstəlik, daha ciddi bir problem xəstəliyin gündən-günə gəncləşməsidir.  

Gültəkin Ələsgər      
Twitter
Sizə yeni tvit var
Keçid et
Ukraynadan hər kəsi şok edən xəbər: Azərbaycanlı jurnalist vəfat etdi