Modern.az

Peyğəmbəri təhqir edən rejissor həbs edildi

Peyğəmbəri təhqir edən rejissor həbs edildi

8 Noyabr 2012, 10:06

İslam peyğəmbərini təhqir edən “Müsəlmanların Məsumiyyəti” filminin rejissoru Mark Basseley Youssef saxtakarlıq etdiyi üçün bir il həbs cəzasına məhkum edilib. Modern.az-ın xarici KİV-lərə istinadən verdiyi məlumata görə, müsəlman dünyasının narazılığına səbəb olan qalmaqallı filmin rejissoru ABŞ-ın Kaliforniya əyalətində hakim qarşısına çıxarılıb. Saxtakarlığı sübuta yetirilən rejissor bir il müddətinə azadlıqdan məhrum edilib. Rejissor sentyabr ayında saxlanılmışdı.

Qeyd edək ki, müsəlman dünyasını ayağa qaldıran “Müsəlmanların Məsumiyyəti” filmi bir çox ölkələrdə ABŞ əleyhinə üsyanlara səbəb oldu. Hətta Liviyanın Benqazi şəhərində ABŞ səfirliyinə edilən hücumda aralarında səfirin də olduğu 4 amerikalı personal öldürülmüşdü.

Modern.az

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
SON DƏQİQƏ! İran raketlərlə vuruldu- Anbaan görüntülər