Modern.az

Qarabağla bağlı sayta ermənilərin kiber hücumu olub

Qarabağla bağlı sayta ermənilərin kiber hücumu olub

8 Noyabr 2012, 11:48

KarabakhİNFO.com e-jurnalı ermənilər tərəfindən kiber hücumuna məruz  olub. Lakin hücumun qarşısı  saytın texniki heyəti tərəfindən alınıb. Bununla barışmayan erməni hakerləri jurnalın şef-redaktoru Zaur Qəriboğlunun facebook səhifəsi guya, irqi ayrı-seçkilik saldığına görə  bloka salınıb, eyni zamanda jurnalın erməni dili bölməsinin redaktoru Qafar Çaxmaqlının facebook səhifəsi, elektron poçtları erməni haker qrupu tərəfindən dağıdılaraq, ona internet jurnalda fəaliyyətinə son qoyması ilə bağlı xəbərdarlıq edilib. İndi əsasən jurnalın facebook səhifəsi və qrupu hədəfə alınıb.

Xatırladaq ki, jurnal Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Asossiasiyasının (AVCİYA) layihəsi əsasında təsis olunub. Layihənin rəhbəri  və ideya  müəllifi  AVCİYA-nın prezidenti, Şamaxının millət vəkili Elxan Süleymanovdur. Layihənin məqsədi Dağlıq Qarabağla bağlı həqiqətləri, faktları mümkün qədər əhatəli şəkildə dünyaya çatdırmaqdır.  

KarabakhİNFO.com e-jurnalı da müntəzəm olaraq dörd dildə -Azərbaycan, rus, ingilis və erməni dillərində informasiyalar yayır. Jurnalda Faktlar, Danışır şahidlər, Müsahibə, Araşdırma, Müəllif, E-kitabxana, Video arxiv, Foto arxiv, Polemika, Xəbər, Mədəniyyət, Ədəbiyyat bölmələri fəaliyyət göstərir.  Eyni zamanda  informasiyalar gündəlik olaraq yenilənir. Xarici ölkələrin siyasilərindən, Qarabağ hadisələrini dərindən bilən, bu hadisələrin şahidi olan tanınmış şəxslərdən, eyni zamanda Azərbaycanda yaşayan ermənilərdən daimi şəkildə müsahibələr götürülür.  Erməni hakerlərin jurnala kiber hücum etməsinin əsas səbəbləri də görünür budur.

Modern.az  
Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyadakı miqrantlara xəbərdarlıq - Qadağan olunur!