Modern.az

“Azəriqaz” Salyanda 9 yaşayış binası qazlaşdırdı - FOTOLAR

“Azəriqaz” Salyanda 9 yaşayış binası qazlaşdırdı - FOTOLAR

Aktual

16 Sentyabr 2021, 15:30

Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) "Azəriqaz" İstehsalat Birliyi paytaxtla yanaşı, bölgələrdə də yeni yaşayış massivlərinin, kəndlərin, qəsəbələrin təbii qazla təmin edilməsi istiqamətində işləri sürətlə davam etdirir.

 

Modern.az-ın “Azəriqaz”a istinadən verdiyi məlumata görə, bu gün Salyan rayonunda 9 yaşayış binasının qazlaşdırılmasının açılış mərasimi baş tutub.

 

Tədbirdə "Azəriqaz" İstehsalat Birliyinin baş direktoru Ruslan Əliyev və Birliyin digər rəhbər şəxsləri, Birlik yanında yaradılan "İctimai Şura"nın sədr və sədr müavini, Salyan Rayon İcra Hakimiyyətinin başçısı Sevindik Hətəmov da iştirak ediblər.

 

Rayonun 20 Yanvar və "RTS" adlanan küçələrində yerləşən 119 mənzildən ibarət 9 yaşayış binasının qazlaşdırılması üçün ikipilləli sistem əsasında ümumilikdə 2 882 metr uzunluğunda müxtəlif diametrli borular vasitəsilə qaz xətti çəkilib. Hər bir mənzilə sonradan ödənişli sayğac quraşdırılıb.

 

Qeyd edək ki, "Azəriqaz" İstehsalat Birliyi bu cür müraciətlərlə bağlı aksiyalarını davam etdirəcək

Twitter
Sizə yeni tvit var
Keçid et
İsrail cavab verəcəyini ELAN ETDİ - İranda qorxu var...