Modern.az

Hər iki doza vaksin vurduranların sayı 3 milyonu ötdü

Hər iki doza vaksin vurduranların sayı 3 milyonu ötdü

16 Sentyabr 2021, 15:43

Azərbaycanda son sutkada 60384 nəfərə koronavirus (COVID-19) əleyhinə peyvənd vurulub.

 

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Modern.az-a verilən məlumata görə, birinci mərhələ üzrə vaksinasiyadan keçənlərin sayı 19311 nəfər, ikinci mərhələdə vaksinasiyadan keçənlərin sayı 41073 nəfərdir.

 

Ölkədə 18 yanvar 2021-ci ildən indiyədək ümumilikdə 7806235 COVID-19 əleyhinə vaksin vurulub. Onlardan birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 4570812 nəfər, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı isə 3235423 nəfərdir.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir